Xırdalanda baş verən partlayışda xəsarət alanların kimliyi müəyyənləşib - Adlar

© AFP 2023 / PASCAL POCHARD-CASABIANCAБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayış zamanı xəsarət alanlardan ikisi 1982-ci il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu və onun oğlu 10 yaşlı oğlu Musayev Firuddindir.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayış zamanı xəsarət alanlardan bəzilərinin şəxsiyyəti müəyyənləşdirilib. Abşeron MRX-nın direktoru Mehriban Qaralova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Hazırda dağıntılar altında qaldığı ehtimal olunan 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının axtarışları aparılır.

M.Qaralova bildirib ki, hadisə zamanı köməyə gələn iki şəxs də ayağından xəsarət alıb. Onlardan Vüsal və hadisə zamanı onlarda olan qonşunun Xədicə adlı qızı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Musayev Firuddin isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsindən Sputnik Azərbaycan-a Vüsalın vəziyyətinin ağır olduğu bildirilib. Qeyd edilib ki, o hadisə zamanı həyat yoldaşının xəsarət alıb-almadığından xəbərsiz olduğunu söyləyib.

Xəbər lenti
0