Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda vulkan püskürüb, əkin sahələri yararsız hala düşüb

© Photo : Facebook / Tamerlan ElŞıxzərli palçıq vulkanı
Şıxzərli palçıq vulkanı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir. Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. 

BAKI, 24 yanvar - Sputnik. Şamaxı rayonu ərazisində olan "Quşçu" vulkanı püskürüb. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMEA-nın Geologiya və Geofizika İnstitutu məlumat yayıb. 

Hazırda institut əməkdaşları vulkan püskürən əraziyə ezam olunublar. Məlumata görə, vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib.

Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir. Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir.

Kənd sakinlərinin sözlərinə görə bu vulkan həmin ərazidə ilk dəfədir ki, püskürüb. Bundan 2 kilometr aralıda isə 3 il əvvəl püskürən başqa bir vulkan ocağı var. İlk dəfə püskürən bu vulkan kənd sakinlərinin əkin sahəsini yararsız hala salıb, silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar yaranıb.

Quşçu palçıq vulkanı Azərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşir. Vulkanda sonuncu dəfə püskürmə 2019-cu ilin 13 fevralında yerli vaxtla 06:25-də qeydə alınıb. 1 dəqiqə 30 saniyə davam edən püskürmə zamanı vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib.

"Quşçu" kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir.

Bu vulkanın ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güclü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınıb. 

Xəbər lenti
0