CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

YENİLİK - Sürücülük vəsiqəsini üzərimizdə gəzdirməyə ehtiyac olmayacaq

© Sputnik / Anar MustafayevВодительское удостоверение и ключи от автомобиля, фото из архива
Водительское удостоверение и ключи от автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcəyi gözlənilir. Dəyişiklik sürücülərin bir neçə sənədi üzərində gəzdirməsi tələbinin aradan qaldırılmasını nəzərdə tutur

BAKI, 22 yanvar — Sputnik. Milli Məclisin yaz sessiyasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Xəbər lenti
0