BAKI, 22 yanvar — Sputnik. Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Dəyişikliyə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.