BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda uşaq bağçalarının fevralın 15-dək açılacağı gözlənilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib. Nazir deyib ki, bununla bağlı proqnoz vermək tezdir: "Amma biz ümid edirik ki, uşaq bağçalarının fəaliyyəti fevral ayının 15-dək bərpa edilsin".
Nazir bildirib ki, repetitorluq xidmətinin fevralın 1-dən müəyyən say gözlənilməklə və qaydalara riayət olunmaqla bərpası nəzərdə tutulur.