BAKI, 22 yanvar — Sputnik. Milli Məclisin yaz sessiyasında "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif edilir.
Qeyd edək ki, mövcud qanuna görə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilib. Bu qayda Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qanunun bu maddəsi qüvvədən düşəcək.