Xaricdən sifarişlərin gecikmə səbəbi məlum oldu

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidМешки с почтовыми отправлениями, фото из архива
Мешки с почтовыми отправлениями, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Gömrük Komitəsi tərəfindən yeni yaradılan "Smart customs" mobil tətbiqi sadalanan problemlərin aradan qaldırılmasına hesablanan yenilikdir.

BAKI, 22 yanvar — Sputnik. Son zamanlar bəzi vətəndaşlar sosial şəbəkələrdəki hesablarında xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gömrük yoxlanışında qalması, yubadılması, əsassız olaraq saxlanılması və saxlanılan bağlamalara görə yüksək məbləğdə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşırlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi iddilara münasibət bildirib. Qeyd olunub ki, gömrük orqanları fəaliyyətini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur və istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində yayımlanan bu qəbildən olan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialara gəlincə qeyd edək ki, sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan maksimum 2-3 gün ərzində həyata keçirilir. Bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir.

Qeyd olunub ki, bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir. Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da öz anbarlarında anbarlaşdıra bilmir.

Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrük Komitəsi xaricdən mal gətirənlərə müraciət edib

"Bəzən isə terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu "gömrükdə" olaraq göstərir. Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən ona "gömrükdə" statusu verməklə "işgüzar imiclərini" qorumağa çalışırlar. Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşiyici şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır.

Həmçinin, Dövlət Gömrük Komitəsi bildirir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər. Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə gəldikdə isə Dövlət Gömrük Komitəsi qeyd edir ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər".

Bildirilib ki, bəzi hallarda vətəndaşlar təqvim ayı üzrə sifarişlərini yalnız məhsulların öz dəyərini hesablamaqla planlaşdırır və daşıma xərcini əlavə etmədiklərindən qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşır ki, bu bağlamaların saxlanılması ilə nəticələnir:

"Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük dəyəri, Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci fəslinə uyğun olaraq müəyyən edilir və gömrük dəyərinin müəyyən edilməsi zamanı məhsulun dəyəri ilə yanaşı, daşınma xərci də nəzərə alınmalıdır. "Smart customs" mobil tətbiqində bağlamalarını bəyan edib ödənişlərini həyata keçirən, lakin bağlamasının saxlanıldığını iddia edən vətəndaşlar nəzərə almalıdır ki, bəyanetmə və ödəmə prosesi mütləq mal partiyası gömrük ərazisinə daxil olana qədər həyata keçirilməlidir. Saxlanca verildikdən sonra gömrük ödənişi həyata keçirilən bağlamaların saxlancdan çıxarılması və aidiyyəti üzrə çatdırılması sifarişçinin anbar və daşıyıcı şirkət ilə münasibətlər zəminində həll edilməlidir.

Айфон в руке - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gömrük Komitəsi vətəndaşlara güzəştə getdi: Məcburi bəyanetmə dayandırıldı

Saxlanılan bağlamalara görə vətəndaşların yüksək məbləğdə vəsait ödəmələrinə gəlincə, Dövlət Gömrük Komitəsi bildirir ki, bağlamaların saxlanıldığı ərazi gömrük orqanının sərəncamında deyil və onlar barəsində anbar və saxlanc xərclərinin tətbiqi gömrük orqanlarının səlahiyyət dairəsinə aid edilmir. Qeyd edək ki, mövcud pandemiya şəraiti və insanların elektron ticarətə artan marağı yük həcmində əhəmiyyətli dərəcədə yüksəlmələrlə müşahidə olunur. Nəticədə iş yüklülüyünün ciddi şəkildə artması ilə yanaşı, gün ərzində gömrük ərazisinə daxil olan təxminən 20000 (iyirmi min) poçt bağlamasına gömrük nəzarəti fonunda meydana çıxan 0.5 % müxtəlif xarakterli problem gündəlik 50 vətəndaşın müraciəti deməkdir.

Dövlət Gömrük Komitəsi tərəfindən yeni yaradılan "Smart customs" mobil tətbiqi sadalanan problemlərin aradan qaldırılmasına hesablanan yenilikdir. Belə ki, "Smart customs" tətbiqi ilə gömrük ödənişləri əvvəlcədən həyata keçirildiyi təqdirdə vətəndaşların gömrük orqanına gəlmədən, əlavə vaxt və vəsait itkisinə məruz qalmadan bağlamalarını daşıyıcı şirkətlərdən təhvil almasına şərait yaradacaq. Üstəlik "Smart customs" vasitəsilə vətəndaşlar bağlamalarının hansı statusda olması barədə də məlumat əldə edə biləcəklər. Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları sosial şəbəkələrdə və digər informasiya resurslarında yayılan bu qəbildən məlumatlara diqqətlə yanaşmağa, rəsmi açıqlamalara etibar etməyə çağırır".

Xəbər lenti
0