Qazaxıstana göndərilən pomidorla bağlı araşdırma başlanılıb

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı cari ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.

BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qazaxıstan tərəfindən Azərbaycan pomidor məhsullarına tətbiq olunan məhdudiyyətlə bağlı açıqlama yayıb.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumatda Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildirilib ki, ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı cari ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.

Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti
0