BAKI, 21 yanvar — Sputnik. Macarıstanın Farmakologiya və Qidalanma üzrə Milli İnstitutu Rusiyanın koronavirus əleyhinə "Sputnik V" vaksinini qeydiyyatdan keçirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) məlumatında bildirilir.
"RBİF Macarıstanın Farmakologiya və Qidalanma üzrə Milli İnstitutu (OGYEI) koronavirus əleyhinə "Sputnik V" vaksinini qeydiyyatdan keçirdiyini elan edir", - deyə məlumatda bildirilir.
Bununla da, Macarıstan "Sputnik V" vaksininin öz ərazisində tətbiqinə rəsmi olaraq icazə verən ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub.