"Bayraktar" Avropa səmasını da fəth edəcək"

© Sputnik / Murad OrujovПодготовка к параду в Баку
Подготовка к параду в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan milli pilotsuz uçuş aparatı olan "Bayraktar" "Baykar Makina" şirkəti tərəfindən istehal edilir.

BAKI, 21 yanvar — Sputnik. Türkiyə "Bayraktar" və "Anka" milli pilotsuz uçuş aparatlarını (PUA) Avropaya da satacaq. Sputnik Azərbaycan "Milliyet" qəzetinə istinadla bildirir ki, bu barədə Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank məlumat verib. Ankarada "Müdafiə sənayesində yerli və milli istehsal" mövzusunda keçirilən "2-ci müdafiə sənayesi görüşləri"nə videokonfrans vasitəsilə qatılaran nazir "İnanıram ki, son 5 il ərzində qoyduğumuz investisiyalar ölkəmizi qısa müddətdə müdafiə sənayesində lider ölkələrin cərgəsinə çıxaracaq. Yaxın zamanda Avropa səmasında Türkiyədən alınan "Bayraktar" və "Anka"lar görünəcək" deyib.

Qeyd edək ki, Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan milli pilotsuz uçuş aparatı olan "Bayraktar" "Baykar Makina" şirkəti tərəfindən istehal edilir. Bu PUA 2014-cü il iyunun 14-də həyata keçirilmiş uçuş sınağında 27,030 fut yüksəkliyə qalxıb. Həmin ilin 5-6 avqust tarixlərində 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirib. Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. "Bayraktar"dan Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Pəncə" əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründə fəal şəkildə istifadə olunub. Bu sistemdən Türkiyə ordusundan başqa, Azərbaycan, Qətər və Ukrayna ordularında da istifadə olunur.

Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan "Anka" pilotsuz uçuş aparatı isə orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunub. 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dollarına bərabərdir. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv şəkildə istifadə olunur. "Anka" 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunub. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülüb. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord vurduğu bildirilib.

Xəbər lenti
0