Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb

© Official website of President of Azerbaijan RepublicЦеремония официальной встречи в Баку президента Туркменистана
Церемония официальной встречи в Баку президента Туркменистана - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzər dənizindəki “Dostluq” yatağı karbohidrogen resurslarını iki ölkə birgə mənimsəyəcək və işləyəcək.

BAKI, 21 yanvar - Sputnik. Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Görüş Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti
0