Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Almaniya-ABŞ münasibətlərinin taleyini rus layihəsi müəyyənləşdirəcək

© AFP 2024 / TOBIAS SCHWARZСтроительство газопровода "Северный поток-2"
Строительство газопровода Северный поток-2  - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın azsaylı imtiyazlı tərəfdaşlarından biri olan Almaniyanın əlavə bonuslara sahib olduğunu anlamaq bir o qədər də çətin deyil. Göründüyü kimi, almanlar bu bonuslardan necə istifadə edəcəklərini yaxşı bilirlər.

BAKI, 20 yanvar — Sputnik, İrina Alksnis. Co Bayden andiçmə mərasimi ərəfəsində ABŞ-ın əsas tərəfdaşı olan Almaniyadan bir o qədər də xoş olmayan "hədiyyə" alıb. Bayden administrasiyası səliqə ilə bükülmüş və lentlə sarınmış bu problemlər kvintessensiyası ilə hələ uzun müddət məşğul olmaq məcburiyyətində qalacaq.

ABŞ Rusiyanın "Şimal axını-2" layihəsinin inşasında iştirak edən borudöşəmə gəmisi "Fortuna"ya qarşı sanksiya tətbiq edib. Almaniya KİV-nin yazdığına görə, Berlindəki ABŞ səfirliyi Almaniya hökumətinə ölkəsinin yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etmək planı barədə məlumat verib.

Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
TƏHLİL
ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

Almaniya hakimiyyəti isə yalnız "bu qərarı təəssüflə qarşıladıqlarını" bildirməklə kifayətlənib. Başqa sözlə, almanlar hətta bundan narahat olduqlarını belə dilə gətirməyiblər.

Əslində, baş verənlər bir neçə gün əvvəl yaşanmış başqa bir əlamətdar hadisənin təbii davamı kimi qiymətləndirilə bilər. ABŞ dövlət katibinin keçmiş müavini və seçkidə Co Baydenin xarici siyasət məsələləri üzrə müşaviri olmuş Nikolas Börns yeni administrasiyanın "Alman hökuməti və digər iştirakçı dövlətlərlə inamlı şəkildə danışıqlar aparmaq imkanı qazanması" üçün eyni vaxtda həm ABŞ-ın qaz kəmərinə qarşı sanksiyalarının dondurulması, həm də tikintini dayandırması ideyası ilə çıxış edib.

Aydın məsələdir ki, bu, Börnsün öz təşəbbüsü deyil, o sadəcə, Vaşinqtonun təklifini dilə gətirib. Bununla belə, almanlar onu başdan eləyiblər. Bundestaqın Energetika məsələləri komitəsinin rəhbəri Klaus Ernst "Almaniyanın enerji siyasətini ABŞ-la müzakirə etməsinin" yersiz olduğunu bildirib. O qeyd edib ki, "Şimal axını-2" layihəsinin inşası Avropanın öz işidir, bütün lazımi icazələr alınıb və buna görə də kəmərin tikintisi başa çatdırılmalıdır".

Donald Trampın prezidentliyi dövründə ağır zərbə alan və demokratların dirçəltmək niyyətində olduqları Amerika xarici siyasəti son onillikdə qlobalçı siyasət kimi xarakterizə olunur. Bu siyasət iki əsas və eyni dərəcədə vacib komponentdən ibarətdir - prosedur-institusional və ideoloji.

İnstitusional komponent ictimaiyyətə yaxşı məlumdur və ümummilli təşkilatlar, sənədlər və prosedurlar sistemindən ibarətdir. Məşhur bir fikir var ki, ABŞ uzun illərdir dünyaya özünə əlverişli olan oyun qaydalarını diktə etmək və qlobal liderliyini həmişəlik möhkəmləndirməyə çalışır.

Bəzi şeylərin əvvəlki kimi getmədiyi isə artıq çoxdan məlumdur. Getdikcə daha çox ölkə "oynamağı" və özünə qarşı ədalətli olmayan sistemə qalib gəlməyi öyrənir. Rusiya və onun ÜTT-nin qaydalarını öz xeyrinə tətbiq etməsi buna yaxşı nümunədir. Donald Tramp da hakimiyyətdə olduğu dörd il ərzində tərəddüd etmədən ABŞ-ı çoxsaylı beynəlxalq müqavilə və təşkilatlardan çıxarmaqla bunu təsdiqlədi: həqiqətən də bütün bunlar Amerikaya düşünüldüyündən daha az sərfəlidir.

Строительство газопровода Северный поток -2, фото из архива - Sputnik Azərbaycan
ABŞ Rusiyanın layihəsinə görə Avropa ölkələrini təhdid etdi

ABŞ-ın azsaylı imtiyazlı tərəfdaşlarından biri olan Almaniyanın əlavə bonuslara sahib olduğunu anlamaq isə bir o qədər də çətin deyil. Və göründüyü kimi, Almaniya bu bonuslardan necə istifadə edəcəyini bilir. Məhz buna görə Tramp Berlin üçün əlverişsiz idi. Onun hakimiyyəti dövründə Almaniya bütün bu müqavilələrdən öz xeyrinə istifadə edə bilmədi. Odur ki, Co Baydenin prezident seçilməsi bu ölkədə ruh yüksəkliyi ilə qarşılandı. Çünki bu, almanlara daha rahat münasibətlər formatı vəd edir.

"Şimal axını-2" layihəsi ilə bağlı da məhz bu cür olacaq. Son aylarda boru kəmərinin inşasını xarici sanksiyaların təzyiqindən mümkün qədər qorumaq üçün addımlar atılıb. "Fortuna" gəmisinin sahibi dəyişdirilib. Bundan başqa, Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ekologiya fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Ən maraqlısı odur ki, almanlar bu fondun köməyi ilə, necə deyərlər, bir güllə ilə iki dovşan vurmaq istəyirlər. Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, fondun yaradılması "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq, "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqə yaradacaq.

Beləliklə, Co Baydenin komandasının qarşılaşacağı vəziyyət bir o qədər də asan deyil. Demokratların məsələyə Tramp kimi radikal yanaşması qeyri-mümkündür. Digər tərəfdən, almanlar beynəlxalq məsələlərdə bürokratik əngəl yaratmağı yaxşı bacarırlar. Yəqin bu məsələdə də vaxtı uzatmağın yolunu tapacaqlar və amerikalılar qaz kəmərinə qarşı sanksiyaların yeni metodunu fikirləşənə qədər layihə tamamlanacaq.

Указатель с надписью Северный поток - 2, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya bir yol tapacaq - hələ Tramp gedəsi, Bayden gələsi...

Nəticə etibarı ilə Co Bayidenin administrasiya qəti şəkildə qəbul edilməyən trampizmlə ideoloji cəhətdən doğru, lakin təsirsiz liberal qlobalizm arasında seçim etmək məcburiyyətində qalacaq.

Yeri gəlmişkən, Almaniyanın da öz çətinlikləri var. Dünən "Qazprom" siyasi təzyiqlər səbəbindən "Şimal axını-2" qaz kəməri layihəsinin dayandırılması və ya ləğv olunması riski ilə bağlı xəbərdarlıq etdi. Bu xəbərdarlıq ilk növbədə müstəqilliyə və geosiyasi güclənməyə can atan və bu yolda Rusiyaya qarşı Navalnı məsələsindən istifadə etməyin yaxşı fikir olduğunu düşünən Berlinə ünvanlanmışdı. Görünür, Berlin Rusiyanın bu addıma necə ağrılı şəkildə cavab verə biləcəyini yenə yaddan çıxarıb...

Xəbər lenti
0