Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiyanın layihəsinə görə Avropa ölkələrini təhdid etdi

© AFP 2024 / ODD ANDERSENСтроительство газопровода "Северный поток -2", фото из архива
Строительство газопровода Северный поток -2, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika rəhbərliyi hesab edir ki, "Şimal axını-2"nin reallaşdırmaq şansı yoxdur, layihə istifadəyə verilməyəcək

BAKI, 13 yanvar — Sputnik. Birləşmiş Ştatlar Dövlət Departamenti Rusiyaya "Şimal axını-2" qaz kəmərinin tikintisində yardım edəcək Avropa şirkətlərini sanksiyalarla hədələyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən xəbər verir.

"Biz şirkətləri risklər barədə xəbərdar etməklə hələ gec olmamış onları layihədə öz iştirakını dayandırmağa çağırırıq", - deyə mənbə qeyd edib.

Amerika rəhbərliyi hesab edir ki, "Şimal axını-2"nin reallaşdırılmaq şansı yoxdur, layihə istifadəyə verilməyəcək.

Qeyd edək ki, "Şimal axını-2" Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Avropa Şurasına öz maye qazını satmaq istəyən ABŞ, eləcə də Ukrayna və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır. ABŞ 2019-cu ilin dekabrında layihəyə qarşı sanksiya tətbiq edərək boru kəmərinin quraşdırılması ilə məşğul olan şirkətlərdən tikintinin dayandırılmasını tələb edib. Bundan sonra İsveçrənin "Allseas" şirkəti qaz kəmərinin quraşdırılması işini dayandırdıqlarını bildirib.

Bu ilin oktyabr ayının ortalarında isə Vaşinqton "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları bir az da genişləndirib. KİV-də gedən məlumatlara görə, Vaşinqton qaz kəmərinin tamamlanması üçün Rusiya gəmiləri ilə əməkdaşlıq edən sığorta və sertifikasiya şirkətlərinə qarşı da sanksiyalar tətbiq etmək niyyətindədir.

Xəbər lenti
0