Azərbaycan parlamentinin spikeri "Twitter"də paylaşım edib

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicAzərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin sədri Sahibə Qafarova sosial şəbəkə hesabında Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizlə bağlı yazıb.

BAKI, 20 yanvar — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı "Twitter" səhifəsində paylaşım edib. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin ruhları qarşısında baş əyir, əziz xatirələrini dərin ehtiramla anırıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirəsi hər zaman əziz qalacaqdır.#Baku1990 #20Yanvar pic.twitter.com/Bz8kWCP9K3

Sputnik Azərbaycan xəbər verir ki, spiker paylaşımında "1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin - 20 Yanvar faciəsinin günahsız qurbanlarının ruhları qarşısında baş əyir, əziz xatirələrini dərin ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaqdır", - deyə yazıb.

Xəbər lenti
0