BAKI, 19 yanvar — Sputnik. Əməkdar artist Lalə Məmmədova yeni fotosu ilə müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan xəbər verir ki, müğənninin tərzi üzərində Elnur Həsənov çalışıb. Eko Ağalarovun müəllif olduğu şəkildə Məmmədova fərqli obraz yaradıb.
Посмотреть эту публикацию в Instagram
İfaçı bildirib ki, şəkil onun yeni klipinin çəkilişi zamanı lentə alınıb.
Qeyd edək ki, burnunu plastik əməliyyat etdirən L.Məmmədovanın saçlarını qısa kəsdirib tünd rəngə boyaması izləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. İzləyicilərin bir qismi ona bu tərzin yaraşdığını söyləsə də, böyük bir qismi isə onun burnunu plastik əməliyyat etdirməsini sərt tənqid etmişdi.