BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı"nda deyib. O bildirib ki, "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı"nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icra olunması nəzərdə tutulur. R.Səttarzadə artıq proqramın razılaşdırma prosesinin son mərhələsində olduğunu söyləyib.
Nazirlik rəsmisi hesab edir ki, utilizasiya proqramı icra edildikdən sonra artıq avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə ediləcək.