BAKI, 19 yanvar — Sputnik. Son illər Türkiyədə çəkilən bir neçə serialda uğurlu obrazlar ifa edən braziliyalı aktrisa Cessika Mey türk vətəndaşı olacaq.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Daxil İşlər Nazirliyinə müraciət edən aktrisa yaxın günlərdə qürurla türk vətəndaşlığını daşıyacaq.
Qeyd edək ki, üç il əvvəl Hüseyn Kara ilə ailə quran Cessika Mey "Yeni Gelin" və son olaraq "Mariya ilə Mustafa" seriallarında baş rolu ifa edib.