Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu içkinin insanı Altsheymer xəstəliyindən qoruduğu təsdiqləndi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidŞahbulaq bulağı
Şahbulaq bulağı - Sputnik Azərbaycan
Abunə olmaq
Alstheymer xəstəliyi yaşlandıqca insanda beynin bəzi hüceyrələrinin ölməsı səbəbindən yaranır. Həmin məhv olmuş hüceyrələrin içində isə alüminium toplanır.

BAKI, 17 yanvar — Sputnik. Ən çox rast gəlinən demensiya formalarından biri olan Altsheymer xəstəliyinin dəqiq səbəbi bilinmədiyindən, konkret müalicəsi də yoxdur. Ancaq gündəlik həyat tərzimizdə bəzi dəyişiklik etməklə bu xətəlikdən özümüz qoruya bilərik. Xüsusən də qəbul etdiyimiz qidalar və içkilər bu işdə mühüm rol oynayır. Bunu həkimlər də təsdiqləyir.

Sputnik Azərbaycan "CNNTurk"-ə istinadla xəbər verir ki, Ankara xəstəxanasının nevroloji xəstəliklər üzrə mütəxəssisi, professor Zülküf Önal yaşlandıqları vaxt Altsheymer xəstəliyindən əziyyət çəkmək istəməyənlərin gündəlik mineral su içmələrini tövsiyə edib. Xüsusən, ailəsində sözügedən xəstəliyə məruz qalmış şəxslərin olduğu insanlar bu məsləhətə əməl etməlidirlər. Z.Önalin sözlərinə görə, mineral suyun tərkibindəki silikat Altsheymer xəstəliyinə tutulma riskini azaldır. Ancaq bunun üçün davamlı şəkildə mineral sulardan istifadə etmək lazımdır.

Professorun sözlərinə görə, son vaxtlar mineral suların xəstəliyə təsiri ilə bağlı aparılan araşdırmalar da bunu təsdiqləyib. "Alstheymer xəstəliyi yaşlandıqca insanda beynin bəzi hüceyrələrinin ölməsı səbəbindən yaranır. Həmin məhv olmuş hüceyrələrin içində isə alüminium toplanır. Buna da gündəlik içdiyimiz su səbəb olur. Çünki içində alüminium olmayan su yoxdur. Aparılan araşdırmalar götərir ki, silikat maddəsi hüceyrələrdə alüminium yığılmasının qarşısını alır. Minieral suların tərkibi isə silikatla zəngindir", - deyə alim vurğulayıb.

Onun sözlərinə görə, davamlı şəkildə miner su içən şəxslərdə idrak funksiyalarının pozulması hallarına daha az və daha yuxarı yaşlarda rast gəlinir.

Həkim onu da bildirib ki, mineral su alarkən onun tərkibindəki silikat səviyyəsinə diqqət yetirmək lazımdır: "Bütün mineral sularda silikat səviyyəsi eyni olmur. Su alarkən buna xüsus diqqət yerimək lazımdır. Bir də mineral su içmək vərdiş halına gətirilməlidir, yoxsa iki gün bu sudan qəbul etməklə heç nəyə nail olmaq mümkün deyil".

Qeyd edək ki, Altsheymer - demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ formasıdır. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatrı Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adını daşıyır. Altsheymer, adətən, 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Statsitikaya görə, dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 27 milyon nəfərdən çoxdur.

Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur. Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticədə çökməsi deməkdir. Xalq arasında buna qocalıq səbəbindən ağlın itiməsi və ya xərifləmək deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada bu sindromdan əziyyət çəkənlərin sayı 35,6 milyon nəfərdir. 2050- ci ildə bu rəqəmin 115,4 milyon nəfərə çatacağı gözlənilir.

Xəbər lenti
0