CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis sürücülərə xəbərdarlıq etdi

Abunə olmaq
Buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri həm özlərinin, həm digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər

BAKI, 16 yanvar — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirilib ki, Milli Hidrometeorologiya Xidməti yanvarın 21-22-də respublika ərazisində çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimalı barədə xəbərdarlıq edib: “Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərdən qarlı havada və buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur. Yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər. Həmçinin sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur”.

DYP rəsmisi onu da bildirib ki, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri həm özləri, həm digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər: “Bunları nəzərə alaraq həmin sürücülərin qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti
0