CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qədimdən gələn ənənə: bir həsir, bir Məmmədnəsir olsaq da... - FOTO

© Sputnik / Irade JELILAstarada həsir toxuyanlar
Astarada həsir toxuyanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını həsir zənbildə saxlayırdılar. Zənbil bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. İndi isə həsir başqa bir ehtiyaca görə mazata minib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda bu ildən polietilen torbaların satışı qadağan edilir.

Yenidən dədə-babalarımızın daim istifadə etdiyi, qiyməti ucuz, keyfiyyəti yüksək, qamışdan hazırlanmış həsir zənbillər dəbə düşəcək.

© Sputnik / Irade JELIL
Astarada həsir toxuyanlar - Sputnik Azərbaycan
1/3
© Sputnik / Irade JELIL
Astarada həsir toxuyanlar - Sputnik Azərbaycan
2/3
© Sputnik / Irade JELIL
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev - Sputnik Azərbaycan
3/3
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev
1/3
2/3
3/3
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Yadıma gəlir, hələ uşaq olanda Bakı kəndlərində bir çox evlərdə bu zənbillərdən istifadə edilirdi.

Evin kişisi bazarlığa gedəndə zənbili əlinə alıb, yola düşərdi.

Həsir zənbillərin istifadəsinə "Şərikli çörək", "Bizim Cəbiş müəllim" kimi filmlərdə də rast gəlmişik.

Ancaq müasirləşən dünyada həsir zənbillər tarixə qovuşmuşdu. Hamı onun sağlamlıq üçün təhlükəsiz, istifadə üçün uzunömürlü olduğunu belə unutmuşdu.

Həsir zənbillərin müxtəlif formalarından sadəcə dəb üçün istifadə edilirdi.

© Sputnik / Irade JELILQamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev
Qədimdən gələn ənənə: bir həsir, bir Məmmədnəsir olsaq da... - FOTO - Sputnik Azərbaycan
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Azərbaycanda həsir zənbillər cənub bölgəsində, xüsusilə də Astara rayonunda toxunsa da, alıcıları az idi.

Artıq 4 ildir ki, ABAD (Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs) bu sənətkarlara bacardığı qədər şərait yaradıb və artıq sənətkarlar yaradılan şəraitin bəhrəsini görməyə başlayırlar. 

Sputnik Azərbaycan həsir zənbil toxuyan sənətkarla görüşmək üçün Astara rayonunun Kakalos kəndinə üz tutub.

Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev Kakalos kənd Mədəniyyət evində metodist vəzifəsində çalışır. Bakıdan gələcəyimizi bilib, havanın yağışlı olmasına baxmayaraq, bizi həyətdə gözləyən, mehriban, səmimi, ürəkləri sözlə dolu olan sənətkarlarla görüşüb, işləri ilə tanış oluruq.

İlk həmsöhbətimiz, Kakalos kəndinin canlı tarixi Fərbiyə Şabanova olur (onun haqqında digər yazıda ətraflı danışacağıq). F.Şabanova bizə kəndin tarixindən danışır. Tarix muzeyi ilə, gördüyü işlərlə tanış edir.

© Sputnik / Irade JELILHəsir
Qədimdən gələn ənənə: bir həsir, bir Məmmədnəsir olsaq da... - FOTO - Sputnik Azərbaycan
Həsir

Həsir və zənbillərin ustası Rüfət Rzayev isə bizə bu sənət haqqında məlumat verir. Onun sözlərinə görə, müasir dünya həsir zənbilləri qəbul etməsə də, bu sənətlə də maraqlananlar az olmayıb.

R.Rzayev özü 1995-ci ildən bu işlə məşğul olur. Deyir ki, bu elə də asan deyil:

"Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını zənbildə saxlayırdılar. Yəni zənbillər bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. Zənbillər qamışdan hörülür. Qamış isə iki cür olur. Onlar "lığ" və "püzə" adlanır. Əsasən onları may ayında toplayırıq. Sonra quruduruq və həsir, zənbil, asılqan, süfrə, ayaqaltı və s. hörürük".

R.Rzayevin sözlərinə görə, zənbillər ölçülərinə görə müxtəlif qiymətlərə satılır. Kiçik ölçülü zənbillər 3, böyüklər isə 10-15 manata satılır.

Həsir zənbil ustası deyir ki, cənub bölgəsi qış aylarında nəmişlik, rütubət olduğu üçün xüsusi qamışdan hazırlanmış həsir döşəməyə salınır. Bu isə rütubətin qarşısını alır.

"Zənbil keşidən toxunur. Televizora baxa-baxa keşini toxuyuram. 5-6 metr hazırlayıram. Sonra zənbili toxumaq asan olur. Məsələn, bir balaca zənbili bir saata toxuya bilirəm. Böyük zənbillər isə bir günə hazır olur", - deyən R Rzayev bildirir ki, gənclər qamış toxuculuğuna maraq göstərirlər, amma qazanclı olmadığı üçün çoxu bu işlə məşğul olmur.

© Sputnik / Irade JELILQamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev
Qədimdən gələn ənənə: bir həsir, bir Məmmədnəsir olsaq da... - FOTO - Sputnik Azərbaycan
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Ustanın sözlərinə görə, həsir palazların toxunması bir qədər çox zaman alır. Məsələn 1,5 metrlik həsirlər 2-3 günə başa gəlir və müxtəlif qiymətlərə satılır.

Rüfət Rzayev, demək olar ki, bu sənətin ustadıdır. O, mədəniyyət evində təkcə həsirçiliklə məşğul olmur, bəzən tamaşalarda da rol alır. Dediyinə görə, onun tamaşaları əsasən talış dilində olur və bu tamaşalara talışlar çox maraqla baxırlar.

Ömrünün 68-ci ilini yaşayan Rüfət Rzayev bundan sonra yaşayacağı həyatı öz sənətinə həsr edəcəyini deyir.

Xəbər lenti
0