ABŞ-ı istefa dalğası bürüdü – Nazirlər bir-bir vəzifədən gedirlər

© AP Photo / Patrick Semansky, Pool Birləşmiş Ştatların Səhiyyə naziri Aleks Azar
 Birləşmiş Ştatların Səhiyyə naziri Aleks Azar - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl ABŞ-ın səhiyyə naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao və daxili təhlükəsizlik üzrə nazir səlahiyyətlərinin icraçısı Çed Vulf istefa veriblər.

BAKI, 16 yanvar — Sputnik. Birləşmiş Ştatların Səhiyyə naziri Aleks Azar istefa verib, lakin o, səlahiyyət müddəti bitənə qədər vəzifədə qalacaq. Bu barədə Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Azar yanvarın 6-da Vaşinqtonda baş tutan qarşıdurmalardan sonra istefa vermək barədə qərar qəbul edib.

Azarın istefası simvolik xarakter daşıyır və onun heç bir praktiki nəticələri olmayacaq. Çünki o, istənilən halda yanvarın 20-də istefa verməli idi. Belə ki, ənənəyə uyğun olaraq, ABŞ prezidentinin səlahiyyət müddəti bitəndə onun kabineti də istefaya gedir.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın səhiyyə naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao və daxili təhlükəsizlik üzrə nazir səlahiyyətlərinin icraçısı Çed Vulf istefa veriblər.

Xəbər lenti
0