Bakıda kafelər karantini vecinə almır

© Sputnik / Zulfiyya GuluyevaBakıda vəziyyət, 18 may 2020-ci il
Bakıda vəziyyət, 18 may 2020-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

BAKI, 15 yanvar — Sputnik. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar" adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata istinadla xəbər verir ki, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı "Azad" kafesinin icarədarı Şərafət Hacıev və "Çinar" kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.

Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Xəbər lenti
0