CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ordudan tərxis olunub Bakıya əli çatmayanlar səyyar qrupa da müraciət edə bilərlər

© AR Ministry of DefenceSəfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyada növbəti müraciətlərə baxılıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Xəbər lenti
0