CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məleykə Abbaszadə imtahanlar barədə suala cavab verə bilmədi

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb"

 

BAKI, 14 yanvar — Sputnik. "Yanvarın 18-nə qədər imtahan tarixləri barədə fikir bildirməyə ixtiyarım yoxdur. İmtahan tarixlərini yalnız həmin vaxtdan sonra təxmini də olsa, söyləyə bilərik".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür: "Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb".

Xəbər lenti
0