CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yakovlev: "Baltikyanı ölkələr Rusiya ətrafında sanitar baryer yaratmağa məcbur edilirlər"

© SputnikЛатвийский журналист Андрей Яковлев
Латвийский журналист Андрей Яковлев  - Sputnik Azərbaycan
Abunə olmaq
"Baltnews"-un keçmiş rəhbəri Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi əməliyyatın təfərrüatları barədə danışıb.

BAKI, 14 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, 2020-ci ilin dakabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada "Sputnik Latviya" və "Baltnews"-la əməkdaşlıq edən jurnalistlərə qarşı xüsusi əməliyyat keçirib. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi – beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək – ilə ittihamı irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindirilib, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaq barədə dillərindən iltizam alınıb. Hadisə vaxtı "Baltnews" xəbər portalının keçmiş baş redaktoru Andrey Yakovlev də daxil olmaqla, ümumilikdə altı nəfər saxlanılıb.

Жилет агентства Sputnik - Sputnik Azərbaycan
RUSİYA
Rusiya XİN-i "Sputnik" və "Baltnews" jurnalistlərinin saxlanılmasını qınayıb

A.Yakovlev rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi əməliyyatın təfərrüatları barədə geniş məlumat verib: "Həmin gün evdə idim, qapı döyüldü, aşağı düşdüm. Qapını açan kimi xüsusi geyimli bir qrup şəxs içəri girdi. Müstəntiq də onlarla birlikdə gəlmişdi. Mənə hakimin qərarını elan edərək evimdə axtarış aparmağa başladılar. Yalnız ona görə ki, jurnalistlər "Rossiya Seqodnya" BİA-nın tərkibinə daxil olan saytlar üçün məqalə yazıblar. Mənim burada kütləvi informasiya vasitəsi kimi qeydiyyata alınmış şirkətim olub – "Baltnews". Bu şirkət Latviya KİV orqanı kimi qeydiyyatdan keçib, tamamilə leqal, qanuni əsaslarla fəaliyyət göstərib. Ancaq nə zaman ki, mən öz şirkətimi Latviya qanunlarına uyğun şəkildə "Rossiya Seqodnya" BİA-ya təhvil verdim, bu onların xoşuna gəlmədi. Ona görə də belə bir vəziyyət yarandı".

Yakovlev Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının onun evində reyd keçirdiyi vaxt həyat yoldaşının da evdə olduğunu və böyük stress yaşadığını deyib. İrina Yakovleva daha çox 95 yaşlı anasının taleyi ilə bağlı narahatlıq keçirib. Onun sözlərinə görə, anası Rusiya vətəndaşı olduğundan, bu barədə Rusiya səfirliyinə məlumat verməsi üçün icazə istəsə də, müsbət cavab almayıb.

A.Yakovlevin sözlərinə görə, Latviyada baş verənlər söz azadlığını məhdudlaşdıran növbəti repressiv metodlardır.

Руководитель представительства МИА Россия сегодня в Эстонии, шеф-редактор Sputnik Эстония Елена Черышева рассказывает об особенностях интернет-журналистики - Sputnik Azərbaycan
RUSİYA
Çerışeva: Avropanın Sputnik Estoniya-ya münasibətdə susqun mövqeyi cinayətdir

"Təsəvvür edin ki, hansısa beynəlxalq media qurumu, məsələn, BBC Rusiya haqqında mənfi fikir bildirir və Rusiya bu qurumu sanksiya siyahısına daxil edir. Bundan sonra BBC ilə əməkdaşlıq edən və ya öz obyektlərini ona icarəyə verən insanlara qarşı cinayət işi qaldırılmalıdır? Onların məntiqi ilə belə alınır", – deyə jurnalist bildirib.

Jurnalist bildirib ki, axtarış zamanı evdə olan bütün əşyalar diqqətdən keçirilib, kompüter və digər avadanlıqlar müsadirə olunub. İndiyə kimi onlardan yalnız özündə heç bir informasiya daşımayan Wi-fi modemi geri qaytarılıb.

Jurnalist evində axtarış aparılandan sonra dindirildiyini deyib. Onun sözlərinə görə, dindirilmə prosesi iki sualdan ibarət olub: "Birincisi, məndən soruşdular ki, nədə ittiham olunduğumu başa düşürəm, ya yox? İkincisi də özümü günahkar bilirəmmi? Əlbəttə ki, özümü günahkar hesab etmədiyimi bildirdim".

Yakovlev onu da qeyd edib ki, baş verənlərdən Latviya heç bir qazanc götürməyəcək: "Çünki hər hansı bir ölkədə rusdilli medianın fəaliyyəti dünya ilə inteqrasiya, daha çox informasiya və elmi biliklər əldə etmək imkanı deməkdir".

Jurnalistin sözlərinə görə, Baltikyanı ölkələr açıq şəkildə geopolitik düşmən adlandırdıqları Rusiya ətrafında sanitar baryer yaratmağa məcbur edilirlər. Çünki Qərb yalnız bu şəkildə rusafobiya siyasəti yeridənləri, başqa sözlə, onun tapşırığını yerinə yetirən ölkələri dəstəkləyir.

Moskvada Sputnik Estoniya əməkdaşlarına dəstək piketi keçirilib  - Sputnik Azərbaycan
VİDEO
Moskvada Sputnik Estoniya əməkdaşlarına dəstək piketi keçirilib

Qeyd edək ki, hadisə baş verdiyi vaxt Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibətini bildirərək, Latviya Dövlət Təhlükəsizlik Xidmətinin Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin pozulması kimi qiymətləndirmişdi.

"Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov isə Latviya hakimiyyət orqanlarının "Sputnik Latviya" və "Baltnews"-la əməkdaşlıq edən jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi dəyərləndirərək jurnalistlərin sözgüdən maddə ilə saxlanılmasının doğru olmadığını vurğulamışdı: "AŞ sanksiyaları şəxsən mənə aiddir. "Sputnik" xəbər agentliyinin daxil olduğu "Rossiya Seqodnya" media qrupuna tətbiq oluna bilməz. Məsələ bu qədər bəsitdir. Latviya, necə deyərlər, Roma Papasından daha çox xristian olmağa can ataraq, fərdi sanksiyaları təşkilata qarşı tətbiq edir. Burada məkrli niyyət var".

Kiselyov onu da bildirmişdi ki, sözügedən şəxslər müstəqil jurnalistlər və ştatdankənar müxbirlərdir. "Onlar "Sputnik" xəbər agentliyində ştatda deyillər, sadəcə özünüifadə hüquqlarından istifadə edərək sayta mətnlər yazır və ya fotoşəkil göndərirlər. Burada pis nə var ki? Bu insanları nəyə görə təqib eləyirsiniz?"– deyə Kiselyov rusdilli jurnalistlərə qarşı həyata keçirilən əməliyyatın təfərrüatları barədə qeyd etmişdi.

Xəbər lenti
0