SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nümayəndələr Palatası Trampın impiçmentinə səs verib

© AP Photo / Marcio Jose SanchezПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp yanvarın 20-də məhkəmə təqibinə qarşı immunitetini itirəcək. Onu vergi ödəməkdən yayınma və siyasi şantaja görə istintaq cəlb edə bilərlər. Ona qarşı həmçinin zorlama və harrasment ittihamları da irəli sürülür.

BAKI, 14 yanvar - Sputnik, Sofya Melniçuk. ABŞ-ın yeni prezidentinin andiçməsinə bir həftə qalıb və demokratlar keçmiş liderə vida dərsi vermək – onu birdəfəlik hakimiyyətdən məhrum etmək istəyirlər. ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampa tarix ərzində ən çox səslə impiçment elan edib. "Lehinə"- 232 konqresmen səs verib. Onlardan 10 nəfəri prezidentin öz partiyasındandırlar. RİA Novosti niyə Trampa rahat getməyə imkan verilməməsinin səbəblərini araşdırıb.

Hərtərərfli qadağa

Donald Trampa artıq seçicilərlə fəal ünsiyyət qurduğu tvitterdə ban qoyublar. İndi Ağ Evdə də qadağa qoymağa hazırlaşırlar. Nümayəndələr Palatası vitse-prezident Mayk Pensə prezidenti vəzifəsindən kənarlaşdırmaq təklifini özündə ehtiva edən qətnamə qəbul edib.

Palatadakı demokratlar hesab edirlər ki, Tramp tərəfdarlarını qiyama çağırıb, ona görə də son iki yüzillikdə ilk dəfə olaraq yanvarın 6-da Kapitoliyə hücum edilib. Onların fikrincə, belə hərəkətlərə təhrik etmə ölkəyə qarşı ağır cinayətdir. Onlar dərhal lideri postundan qovmağı tələb edirlər.

Pensin özü bu hərəkətləri qınayıb və şayiələrə görə, bir müddət Trampla danışmayıb – etirazçıların guya ki, Kapitolidə vitse-prezidentə hücum etmək istəməsi səbəbindən. Lakin impiçment ideyasını dəstəkləməyib. Pensin fikrincə, Konstitusiyaya 25-ci düzəlişin tətbiqi (“vəzifəsini yerinə yetirə bilməmək” maddəsi) təhlükəli presedent yaradacaq.

“İstəmirəm” vasitəsilə

Demokratlar vitse-prezidentsiz də keçinə bilərlər, Nümayəndələr palatasındakı adi çoxluq da kifayətdir. Həm də prosesi respublikaçılar da dəstəkləyib. Onların sırasında keçmiş vitse-prezident Dik Çeyninin qızı Liz Çeyni də var.

Konqresin aşağı palatasının spikeri Nensi Pelosi Senatda səsvermə ərəfəsində Trampın vəzifədən kənarlaşdırılması üçün 9 ittihamçı təyin edib. Uğur qazanmaq üçün səslərin üçdə ikisi lazımdır. Ehtimal etsək ki, Senatdakı bütün demokratlar “lehinə” səs verəcəklər, uğur qazanmaq üçün onlara daha 17 səs lazım olacaq.

The New York Times qəzetinin yazdığına görə, 20 respublikaçı senator Trampa qarşı impiçmenti dəstəkləməyə hazırdırlar. Lakin həlledici anda onları necə hərəkət edəcəkləri naməlumdur. Əgər hamısı gözlənilən kimi səs versələr, Trampın yerini Mayk Pens tutacaq.

Lakin Senatda impiçmentin əleyhdarları da var. Məsələn, Trampın keçmiş tərəfdarı senator Lindsi Qrem liderin ofisfdən qovulmasının əleyhinə çıxıb. Trampın ötən impiçmentini dəstəkləmiş yeganə respublikaçı senator Mitt Romni bəyan edib ki, prosesə vaxt yoxdur.

Təcili surətdə

Yanvarın 19-dək Senat tətildədir və Baydenin andiçməsinədək çətin ki, çatdıralar. Respublikaçı çoxluğun lideri Mitç Makkonnell yanvarın 20-dək impiçment barədə qərarın qəbulunu istisna edib. O həmçinin xatırladıb ki, proses tez keçməyəcək: Ötən proseslər 83 gün, 37 gün və 21 gün çəkib. Bundan əlavə Senatın qərarı ilə indiyədək heç bir prezident vəzifədən kənarlaşdırılmayıb.

İndi ekspertlər mübahisə edirlər. Konqresin yuxarı palatası Tramp vəzifədən gedəndən sonra onun barəsində qərar verə bilərmi? Senatorların prosesi necə aparamaları barədə nə Konstitusiyada, nə də qanunlarda heç nə yoxdur. Amerikaşünas, MDU yanında Franklin Ruzvelt adın ABŞ-ı öyrənmə Fondunun direktoru Yuri Roqulevin RİA Novosti-yə dediyinə görə, deputatlar artıq prosesi yarıda buraxa bilməyəcəklər.

"Hər bir ötən impiçment cəhdi müxtəlif qaydada olub, Konstitusiyada proses ümumi sözlərlə verilib. Yeganə olaraq göstərilib ki, Konqresin iki palatasının impiçment funksiyaları müxtəlifdir, yəni, aşağı palata lehinə səs versə, yuxarı palata prosesi necəsə yekunlaşdırmalıdır ".

Bunu Co Baydenin andiçməsindən sonra Senatın yeni heyətilə də etmək olar. Yeni liderin gəlişi ilə yuxarı palatada çoxluq demokratlarda, həlledici səs isə vitse-prezident Kamala Harrisdə olacaq.

“Senata nəzarətin demokratlara keçməsi ilə ola bilsin ki, proses Trampın səlahiyyətləri bitənədək olsun. Hətta əgər impiçment alınmasa, bu Trampı cəzalandırmaq və respublikaçılara təzyiq etmək üsuludur” – deyə Minnesota Universitetinin politologiya professoru Devid Şults  bildirir.

Buffalo Universiteti yanında Hüquq məktəbinin politologiya professoru Ceyms Qardner başqa fikirdədir: "Nə qədər çox vaxt keçsə, Konqresin nəsə etmək ehtimalı da azalır. Baydenin müddəti başlayanda Konqres Demokratlar Partiyasının gündəlik işləri ilə məşğul olacaq. Onlar sadəcə Trampa vaxt və enerjilərini xərcləmək istəməyə bilərlər ".

Lakin Senatın qərarı təsdiq edib-etməyəcəyindən asılı olmayaraq, bu Trampa haqqında iki dəfə impiçment prosesi başlamış yeganə ABŞ prezidenti olmağa mane olmayacaq.

Sonadək getmək

Yuri Roqulev hesab edir ki, demokratlar prosedura sonadək çatdırmaq istəyirlər. Əgər demokratlar impiçment prosesini keçirsələr, bir güllə ilə iki dovşan vura bilərlər. İlk növbədə 2024-cü il prezident seçkiləri üçün Donald Tramp kimi güclü namizədi öz yollarından çəkirlər.

İkinci hədəf Respublikaçılar Partiyasına zərbə vurmaqdır. Partiyanın üzvləri hazırda çətin seçim qarşısındadırlar: əgər impiçmenti dəstəkləsələr, Trampın heç də az olmayan elektoratı onlardan üz döndərəcək.

İstənilən halda proses Tramp üçün yalnız Ağ Evə yolun bağlanması ilə bitməyə bilər. Digər yan effektlər -  ömürlük pensiyadan, ildə bir dəfə dövlət hesabına səyahət etməkdən və ofisi saxlamaq üçün büdcə vəsaiti almaq hüququndan məhrum olmadır. Düzdür, milyarder heç prezident maaşını götürmürdü və onu xeyriyyə üçün göndərirdi, ona görə bunlar onun üçün zərbə olmayacaq. Daha ciddi nəticələr də var - banklar artıq onun hesablarına xidmət etməkdən imtina edirlər, Peşəkar Qolf assosiasiyası isə onun qolf-klubunda artıq turnir keçirməyəcək.

Həm də Tramp yanvarın 20-də məhkəmə təqibinə qarşı immunitetini itirəcək. Onu vergi ödəməkdən yayınma və siyasi şantaja görə istintaq cəlb edə bilərlər. Ona qarşı həmçinin zorlama və harrasment ittihamları da irəli sürülür.

Son aylarda müşahidəçilər prezidentin özünü və tərəfdarlarını əfvetməsini müzakirə edirdilər. Hələlik Tramp belə bir addıma əl atmayıb – o əmindir ki, onu cəzalandırmaq üçün səbəb yoxdur. "Əgər heç nə etməmişəmsə, niyə?" – lider özünü əfvetmə barədə düşünüb. Lakin, hadisələrin inkişafını nəzərə alsaq, o bəlkə də bu barədə düşünməlidir.

Xəbər lenti
0