Deputatlar tətildən qayıdırlar

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Milli Məclisinin deputatları yanvarın 15-dən tətildən qayıdacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Xəbər lenti
0