BAKI, 13 yanvar — Sputnik. 2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar yanvar ayının sonunda "Virtual məktəb"də müəllim və şagird təqvimləri yenilənəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək. Məqsəd platformada təqvim yükünün azaldılması və nəticədə istifadə rahatlığının artırılmasıdır. Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.