CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın dövlət büdcəsinin kəsiri nə qədər olub?

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib

BAKI, 13 yanvar — Sputnik. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 673,1 milyon manat, xərcləri isə 26 417,1 milyon manat təşkil edib.

Sputnik Azərbycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 1,9% və 8,2% çoxdur.

Dövlət büdcəsinin kəsiri 1 744 mln. manat və ya ümumi daxili məhsulun (ÜDM) 2,4%-ni təşkil edib.

2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata bərabər olub və bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.

Xəbər lenti
0