BAKI, 13 yanvar — Sputnik. Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə Sputnik Azərbaycan-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir", - deyə o əlavə edib.