BAKI, 12 yanvar - Sputnik. "Brexit"lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı (Aİ) ailəsində yer alması ilə aradan qaldırıla bilər".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.
"Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik", - deyə Ərdoğan vurğulayıb.
O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: "Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır. Suriya əsilli 4 milyon nəfəri ölkəmizdə qonaq edirik".