Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı şok iddia

© AFP 2024 / FABRICE COFFRINIШтаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива
Штаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq qurumun tibbi ləvazimatların daşınması üçün Suriya rejiminə tətbiq olunan sanksiyalar çərçivəsində qara siyahıya salınmış hava yollarının təyyarəsindən istifadə etdiyi iddia olunur.

BAKI, 12 yanvar — Sputnik. Koronavirus pandemiyası ilə mübarizə aparan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni iddia ilə üz-üzə qalıb. Sputnik Azərbaycan "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, iddiaya əsasən, ÜST Birləşmiş Ərəb Əmirliklərindən Liviyaya tibbi ləvazimatlar göndərmək üçün Suriyanın "Cham Wings" hava yolları şirkətinə məxsus təyyarədən istifadə edib. Bu iddia ÜST-ün Liviya ofisinin rəsmi Twitter hesabındakı paylaşımdan sonra ortaya çıxıb.

Qeyd edək ki, bu günlərdə Suriyadan Liviyaya xəlifə Hafterin qruplaşmalarında döyüşmək üçün yollanan əsgərlər məhz "Cham Wings" hava yolları ilə göndərilmişdi.

Digər tərəfdən, kəşfiyyat məlumatlarına görə, "Cham Wings" ə məxsus təyyarələrin modelləri və quyruq nömrələri qanunsuz yollarla milis qüvvələrini Liviyaya ötürən təyyarələrlə tam uyğun gəlir. Bu məlumatların sanksiya qərarlarında ABŞ Maliyyə Nazirliyi tərəfindən də istifadə edilməsi iddiaları bir az da gücləndirir.

Hava yolları şirkəti ilə əlaqəli başqa bir diqqətçəkən detal isə general Qasım Süleymaninin keçən ilin yanvar ayında ABŞ tərəfindən öldürülməsindən bir müddət əvvəl Bağdada getmək üçün məhz "Cham Wings" aviaşirkətinə məxsus təyyarədən istifadə etməsidir.

ÜST-dən hələlik məsələyə rəsmi münasibət bildirilməyib.

Xatırladaq ki,  "Cham Wings" hava yolları 2011-ci ildə Suriyada Vətəndaş Müharibəsi başlayandan dərhal sonra Suriya rejiminə tətbiq olunan sanksiyalar çərçivəsində qara siyahıya salınmışdı. ABŞ Maliyyə Nazirliyi 2013-cü ildə bu şirkətə qarşı sanksiya tətbiq edilməsinə qərar vermişdi.  2016-cı ildə isə"Cham Wings" hava yolları şirkətinin  Avropa Şurası  və ABŞ-ın hava sahələrindən istifadəsi qadağan edilmişdi. Sanksiyaların səbəbləri arasında terrorizmi dəstəkləmək, Suriya rejiminə maliyyə yardımı, sponsorluq, maddi və ya texnoloji dəstək göstərmək, mal və ya xidmətlə təmin etmək, İran və Suriya arasında silah və əsgər daşımaq kimi məqamlar yer alır.

Xəbər lenti
0