Çavuşoğlu: "Türkiyə ilə Avropa Şurasını qarşı-qarşıya qoymağa çalışdılar"

© © Turkish Foreign Ministry/Handout via REUTERSМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirin sözlərinə görə, Balkan yarımadası, Qaradəniz, Orta Şərq, Şimali Afrika və Qafqaz kimi bütün Avropanın birbaşa marağında olan bölgələrin əsas oyunçuları arasında Türkiyə də var".

 

BAKI, 12 yanvar — Sputnik. Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Çankaya sarayında Avropa Şurası (AŞ) ölkələrinin Ankaradakı səfirləri ilə görüş keçirib. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla verdiyi xəbərə görə, görüşdə Balkan yarımadası, Qaradəniz, Orta Şərq, Şimali Afrika və Qafqaz kimi bütün Avropanın birbaşa marağında olan bölgələrin əsas oyunçuları arasında Türkiyənin də olduğunu vurğulayan Çavuşoğlu "Ortaq xüsusiyyətlərimizə baxmayaraq, son bir neçə ildir ki, Türkiyə-AŞ münasibətlərində siyasi çətinliklər yaşadıq. Təəssüf ki, bu tendensiya 2020-ci ildə də davam etdi. Əməkdaşlığa ən çox ehtiyacımız olan vaxtda kommunikasiya kanalları kəsildi, fürsətlər havaya sovruldu", – deyib.

Nazirin sözlərinə görə, bunun əsas səbəbi bəzi Avropa ölkələrinin Türkiyə ilə ikili münasibətlərdə uzun illər davam edən problemləri AŞ-yə də gətirməsidir.

"Türkiyə ilə AŞ-ni qarşı-qarşıya qoymağa çalışdılar. Məsələn, üzv ölkələr arasında dəniz hövzəsi ilə bağlı problemlərdə tərəf saxlamayan, hətta belə bir səlahiyyətinin olmadığını açıqlayan AŞ iş Türkiyəyə gələndə tamam fərqli davranmağa başladı. Bu prosesdə "tolerantlıq" kimi müsbət anlayışdan sui-istifadə olundu. Dialoq çağırışımıza və səylərimizə baxmayaraq yalnız bir tərəfin tələbləri yerinə yetirild", – deyə Çavuşoğlu bildirib.

Xəbər lenti
0