Yanvarın 2-də Səudiyyə Ərəbistanında sayca 43-cü "Dakar" ralli marafonu start götürüb. Yarış iştirakçıları avtomobillər, motosikllər, kvadrosikllər, motovezdexodlar və yük maşınları ilə təxminən iki həftə ərzində Ərəbistan səhrasının çətin şəraitində marşrutu başa vurmalıdırlar.
Qum təpəcikləri və barxanlar, Qırmızı dənizin sahilindəki qayalıq sahələr və yarğanlar – bütün bunlar yarışı daha möhtəşəm və həyəcanlı edir. Rallidə professional idmançılar və komandalar da iştirak edir, bununla belə, yarışa qatılanların 80 faizi həvəskarlardan ibarətdir. Yeri gəlmişkən, iştirakçılar arasında zərif cinsin nümayəndələri də var.
Maraqlıdır ki, xüsusi sahədə motovezdexodla yarışda ilk dəfə iştirak edən 16 yaşlı ispan xanım Kristina Quterres Errero qalib gəlib. Yük maşınları sinfində isə “KAMAZ-master” komandası ənənəvi olaraq bir neçə ildir ki liderdir. Hazırda rallinin başa çatmasına bir neçə mərhələ qalıb və çempionluq uğrunda mübarizə getdikcə qızışır.
Yarışın ən maraqlı məqamlarını Sputnik Azərbaycan-ın fotolentindən izləyin.