Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bitkilərin sığortası üçün müraciətlərin tarixləri açıqlanıb

© AP Photo / Hatem MoussaФермер собирает пшеницу, фото из архива
Фермер собирает пшеницу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar

BAKI, 12 yanvar — Sputnik. Aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etmək mümkündür.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortasına başlanılıb. Fermerlər aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etdirə bilərlər. Bunlar buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür.

Sputnik Azərbaycan xəbər verir ki, Aqrar Sığorta Fondu (ASF) kənd təsərrüfatı bitkilərinin sığortası üçün müraciətlərin tarixlərini açıqlayıb. Fondun məlumatına görə, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər.

Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib.

Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar.

Məhsullar və müraciət üçün son tarix belədir:

Şəkər çuğunduru - 05.03.2021

Üzüm - 15.03.2021

Çay - 30.03.2021

Limon - 10.04.2021

Narıngi - 10.04.2021

Portağal - 10.04.2021

Yazlıq taxıl - 15.04.2021

Pambıq - 20.04.2021

Tütün - 30.04.2021

Çəltik - 05.05.2021

Fındıq - 10.05.2021

Qarğıdalı - 07.06.2021

Payızlıq taxıl - 01.11.2021

Kartof - İl boyu

K/t heyvanları - İl boyu.

Xəbər lenti
0