Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha bir həkim koronavirusdan dünyasını dəyişdi

© Sputnik / Musa MuradliTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Müalicəsi davam etsə də, vəziyyəti ağırlaşdığından həkim Ramazan Əhmədovu Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər

BAKI, 11 yanvar — Sputnik. Salyan rayonunda həkim-travmatoloq koronavirusdan vəfat edib. Sputnik Azərbaycan-ın məlumata görə, Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Ramazan Əhmədov bir müddət əvvəl koronavirusa yoluxub. Müalicəsi davam etsə də, vəziyyəti ağırlaşdığından onu Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Lakin həkimlərin bütün səylərinə baxmayaraq R.Əhmədov bu gün koronavirusdan dünyasını dəyişib.

Xəbər lenti
0