Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb yola gəldi: COVID-19 Hitlerdirsə, deməli, Rusiya ilə ittifaqa getməyin vaxtıdır

© REUTERS / JOHN SIBLEYЛюди в защитных масках в Лондоне, фото из архива
Люди в защитных масках в Лондоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əlbəttə ki, bu yerdə illərdir səylə oxucularına "Stalin heç də Hitlerdən yaxşı deyildi" və yaxud "Üçüncü Reyxlə bərabər SSRİ də İkinci Dünya müharibəsinə görə məsuliyyət daşıyır" təbliğatını sırıyan Qərb tərəfdaşlarımızın yaddaşına və məntiqinə şübhə etməmək olmur.

BAKI, 11 yanvar — Sputnik, İrina Alksnis. Çox maraqlı vəziyyət müşahidə olunur: Qərbin COVID-19 peyvəndinin istehsalı sahəsində Rusiyada aparılan elmi tədqiqatlara münsibətində dönüş yaranır.

Son günlər ən nüfuzlu nəşrlərdə belə rus peyvəndinin bir o qədər də pis olmadığını, hətta təsirli ola biləcəyini təsdiqləyən məqalələr dərc olunur. Özü də bu Qərbin aparıcı mətbu orqanlarında yer alan "Moskva ümumiyyətlə heç nə yaratmağa qadir deyil" şəklindəki rişxənd dolu yazılardan, "Sputnik V" peyvəndinin təhlükəli olması ilə bağlı həyəcan siqnalı çalmasından aylar sonra baş verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu nə idi - bənzətmə, yoxsa yeni müharibənin anonsu?

Birdən-birə "Bloomberg" xəbər agentliyi jurnalist Sem Fazelinin "Sputnik V" pevəndinə hansı səbəbdən güvənilə biləcəyini sadaladığı məqaləsini yayımlayır. "New York Times"-ın Moskva müxbiri Endryu Kramer isə bir az da irəli gedərək yalnız rus peyvəndini tərifləməklə qalmır, həm də onu "əsl nailiyyət" adlandırır. Bundan başqa, müxbir özünün də "Sputnik V" peyvəndi ilə vaksinasiya olunduğunu bildirir.

Böyük Britaniyanın "Spectator" jurnalında isə daha heyrətamiz məqalə yer alır. Bu məqalənin əsasında Vladimir Putinlə Angela Merkelin rus vaksininin Almaniyada istehsal oluna biləcəyinə dair telefon danışığı dururdu. Məqalənin müəllifi COVID-19-u Hitlerlə müuqayisə edərək yazır ki, necə ki, təxminən 80 il bundan əvvəl Qərb Çörçill və Ruzveltin timsalında Stalinlə ümumi düşmənə qarşı birləşmişdi, indi də eyni yolla getmək olar.

Əlbəttə ki, bu yerdə illərdir səylə oxucularına "Stalin heç də Hitlerdən yaxşı deyildi" və yaxud "Üçüncü Reyxlə bərabər SSRİ də İkinci Dünya müharibəsinə görə məsuliyyət daşıyır" təbliğatını sırıyan Qərb tərəfdaşlarımızın yaddaşına və məntiqinə şübhə etməmək olmur. Deməli, dalana dirənən kimi hadisələri daha düzgün qiymətləndirməyə başlayırlar. Qərb isə indi doğrudan da dalana dirənib.

Bir neçə gün bundan əvvəl Böyük Britaniyanın ABŞ-dakı səfiri Karen Pirs qalmaqallı, bununla belə, dürüst bəyanatla çıxış edərək bildirdi ki, Rusiya və Çin koronavirus pandemiyasından qalib kimi çıxmamalıdır. Özü də diplomat yalnız peyvəndi nəzərdə tutmurdu. Çünki COVID-19 epidemiyası həm də dövlətlərin idarəetmə mexanizmləri üçün bir növ sınaq meydanı oldu.

Производство российской вакцины против COVID-19 Спутник V (Гам-КОВИД-Вак) - Sputnik Azərbaycan
RUSİYA
Putin niyə COVID-19 vaksini vurdurmur?

Hər bir ölkənin epidemiyaya qarşı mübarizədə öz üsulları var. Çinin sərt, lakin məqsədyönlü tədbirlər reallaşdırdığı məlumdur. Bir neçə gün bundan əvvəl iki şəhərdə (əhalisinin ümumi sayı 18 milyon nəfər olan) ən sərt məhdudiyyət həftəsinə start verildi. Bu şəhərlərdə cəmi 137 yoluxma və 197 simptomsuz daşıyıcı qeydə alınmışdı. Halbuki həmin vaxt ölkənin təxminən 1,5 milyard nəfərlik hissəsi adi qaydada həyatına davam edirdi.

Rusiyada isə peyvənd olunanların sayı artıq milyon nəfəri keçib. Eyni zamanda son günlərin yoluxma statistikası nikbinliyə əsas verir. Ancaq hələ sevinmək üçün tezdir, yeni il tətilindən sonra nə baş verəcəyini bilmirik.

Hər bir halda, Qərbdə vəziyyət daha pisdir. ABŞ-da ölkədaxili siyasi məsələlər ucbatından epidemiya ilə mübarizə hələ arxa plana keçib. Amma Avropada hazırda bu ən ağrılı məsələdir. Ən ağır vəziyyət isə Böyük Britaniyada yaşanır. Məhdudiyyətlər günbəgün artır, səlahiyyətlilər qarşıdakı həftələr ərzində vəziyyətin bir az da pisləşəcəyini bildirirlər. Yeri gəlmişkən, ölkədə vaksinasiya başlasa da, tətbiq olunan peyvənd preparatı ilə bağlı məyusedici xəbərlər gəlir. Məsələn, hazırda Qərbin əsas peyvəndi olan "Pfizer" və "BioNTec" mənfi 70 dərəcə temperaturda saxlanılmalıdır. Müqayisə üçün bildirək ki, "Sputnik V"-nin saxlanma temperaturu mənfi 18 dərəcədir.

Pandemiya şəraitində Almaniуa hökumətinin fəaliyyəti isə qənaətbəxş sayıla bilər. Alman səhiyyə sistemi stress testini müvəffəqiyyətlə keçdi, bu ölkədə xəstəxana çarpayısı və ağciyər ventilyasiya aparatı sarıdan çatışmazlıq olmadı. Avropa qitəsinin ən zəngin və inkişaf etmiş iqtisadiyyatına sahib olan Almaniya ölkədə güclü sosial yardım proqramı da tətbiq edə bildi.

Digər tərəfdən, qoyulan məhdudiyyətlər səbəbindən almanlar artıq evdə oturmaqdan təngə gəliblər. Milad bayramını keçirə bilmədiklərinə görə qəzəbdən zəncir çeynəyən adamları məhdudiyyətlərin onların xeyrinə olması barədə fikirlər də artıq sakitləşdirə bilmir.

 Люди в защитных масках в Японии  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Vəssalam. Bir dərd də Yaponiya tərəfdən baş qaldırdı

Başqa ölkələrdə də bu cür əhval-ruhiyyə hökm sürür. İnsanlar sual verir: Niyə Rusiya və Çin kimi bir o qədər də demokratik olmayan ölkələr məhdudiyyət tədbirlərində çeviklik nümayiş etdirir, insanların mümkün qədər ənənəvi həyat tərzini qoruyub saxlamağa çalışır, demokratiyanın beşiyi olan Avropada isə adamları evə qapamaqdan başqa bir yol tapa bilmirlər? Niyə Moskva və Pekin öz peyvəndini yaradaraq sakitcə vaksinasiya prosesinə başladıqları halda Qərbdə peyvəndlə bağlı qalmaqallar bitmək bilmir? Bəs Avropada insanlar belə böyük məbləğdə vergiləri niyə ödəyirlər?

Bu cür əhval-ruhiyyə xeyli təhlükəlidir.

Son illər Qərbdə dəfələrlə sübut olundu ki, ictimai rəy üzərində manipulyasiya texnologiyalarının da müəyyən həddi-hüdudu var və vəziyyət bir anda dəyişə bilər. Dünyada artan təlatümlər fonunda sistemi nəzarət altında saxlamaq get-gedə çətinləşir. Almaniyadakı hakim elita üçün də növbəti seçkidən sonra çox şey dəyişə bilər. Peyvənd istehsalı ilə bağlı Moskva ilə əməkdaşlıq artıq Avropa üçün tamamilə qəbuledilməz məsələ deyil. Avropalılar bu barədə düşünməyə başlasalar, yaxşıdır.

Xəbər lenti
0