Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin niyə COVID-19 vaksini vurdurmur?

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidПроизводство российской вакцины против COVID-19 "Спутник V" ("Гам-КОВИД-Вак")
Производство российской вакцины против COVID-19 Спутник V (Гам-КОВИД-Вак) - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrda keçirdiyi böyük mətbuat konfransında Rusiya lideri demişdi ki, onun yaşında insanlara peyvənd olunmağa icazə verdikləri vaxt vaksini vurduracaq

BAKI, 10 yanvar - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinə COVID-19 əleyhinə vaksinin hələ vurulmadığını deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Rusiya liderinin koronavirusa görə peyvənd olunması barədə xəbərlər Telegram-da yayılıb.

"Yox, bu, həqiqətə uyğun deyil. Peyvəndləndiyi barədə o özü məlumat verəcək", - Peskov deyib.

Dekabrda keçirdiyi böyük mətbuat konfransında Rusiya lideri demişdi ki, onun yaşında insanlara peyvənd olunmağa icazə verdikləri vaxt vaksini vurduracaq. O qeyd etmişdi ki, kütləvi vaksinasiya ümummilli immunitet yaradacaq və rusiyalıları həkimlərin məsləhətinə qulaq asmağa çağırmışdı. 

Bir qədər sonra isə Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" vaksininin 60 yaşdan yuxarı insanlara vurulmasına icazə verdi. Bildirildi ki, bu yaş qrupunda preparat tam təhlükəsizdir və effektivliyi də 90 faizdən yuxarıdır. 

Vladimir Putin ötən il oktyabrın 7-də 68 yaşını tamam edib.

Xəbər lenti
0