Müştərilərə yerində xidmət göstərən "Şeş-Beş" kafesi ifşa edilib

© REUTERS / HANNAH MCKAYКафе, фото из архива
Кафе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.

 

BAKI, 11 yanvar — Sputnik. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şeş-Beş" kafesini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb. Ora baxış zamanı kafenin sahibi vətəndaş Anar Abdullayev və daha 5 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib.Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.

Xəbər lenti
0