CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ordunun döyüş qabiliyyətini gücləndirmək üçün yeni müzakirələr aparır

© Official website of President of Azerbaijan RepublicИстребитель МиГ-29 ВВС Азербайджана, фото из архива
Истребитель МиГ-29 ВВС Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub

BAKI, 11 yanvar - Sputnik. Yanvarın 11-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycana gəlib

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.
Aviasiya marşalı M.A.Xan öz növbəsində Pakistan HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsindən məmnun olduğunu bildirərək bu fəaliyyətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.   
Görüşdə tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi məsələlərini müzakirə ediblər.

Xəbər lenti
0