CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan da WhatsApp-la vidalaşdı

© AP Photo / Yasin BulbulTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışarkən
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışarkən - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycan seqmentindəki istifadəçilərin bir qismi sosial şəbəkələrdə WhatsApp əvəzinə Telegram-dan istifadə etməyə başlayacağını bəyan edib.

BAKI, 10 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan WhatsApp tətbiqindən imtina edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qərara səbəb mesencerin məxfilik siyasətində edilən dəyişiklikdir. 

Приложение  Facebook, Instagram и WhatsApp на экране телефона, фото из архива - Sputnik Azərbaycan
"WhatsApp"-a edilən yenilik sirlərinizi ortaya tökəcək

İndi Türkiyə Prezidenti administrasiyası messencerdə öncədən yaradılan bütün qrupları Turkcell Iletisim Hizmetleri AS-ə məxsus BiP tətbiqinə daşıyacaq. Ərdoğanın mətbuat xidməti jurnalistləri də bu cür davranmağa dəvət edib.

WhatsApp mesencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndinə görə, istifadəçi bundan sonra öz şəxsi məlumatlarını Facebook şirkətinə təqdim etməlidir. Facebook şirkətinin bir parçası olan WhatsApp öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin "tətbiqlər ailəsi" ilə paylaşacaq. Xatırladaq ki, Facebook korporasiyasına Instagram və Facebook Messenger də daxildir.

Bu gün Azərbaycan seqmentindəki istifadəçilərin bir qismi sosial şəbəkələrdə WhatsApp əvəzinə Telegram-dan istifadə etməyə başlayacağını bəyan edib.

Xəbər lenti
0