BAKI, 9 yanvar — Sputnik. Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, hazırda qəzanın aradan qaldırılması işləri aparılır.