Tramp vəzifəsini icra etmək iqtidarında deyil, impiçment də qapıdadır

© REUTERS / JIM BOURGДональд Трамп, фото из архива
Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Co Bayden Delaverdə jurnalistlərin suallarını cavablandırarkən "Trampın impiçmentini dəstəkləyəcəksinizmi" sualına cavab verməkdən yayınıb.

BAKI, 9 yanvar - Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar hazırkı prezident Donald Trampın impiçmenti üçün yanvarın 11-də yeni sənəd təqdim etməyi planlaşdırır. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən sənəd Demokrat konqresmenlər Devid Sisilini, Ted Lyu və Ceymi Raskin tərəfindən hazırlanıb. Sənədə görə, Ağ Evin hazırkı rəhbəri "ABŞ hökumətinə qarşı zorakılığa təhriketmə"də günahlandırılır.

Bu arada ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Delaverdə jurnalistlərin suallarını cavablandırarkən Donald Trampın prezident vəzifəsini icra etmək iqtidarında olmadığını söyləyib. Lakin "Trampın impiçmentini dəstəkləyəcəksinizmi" sualına cavab verməkdən yayınıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.

Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin, bununla belə, zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti
0