BAKI, 8 yanvar — Sputnik. Bu günlərdə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə olunmuş üçüncü xəstə evə yazılacaq. Bu barədə Sputnik Azərbaycan-a Hospitaldan məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilib.