CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"YAŞAT"a rəhbər təyin edildi

© Sputnik / Ilya PitalevПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fondun rəhbəri vəzifəsinə Vətən müharibəsi qazisi Elvin Hüseynov, müdir müavini vəzifəsinə isə Rəbiyyə Cəfərova seçilib.

BAKI, 8 yanvar — Sputnik. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər və müdir müavini seçilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Fondun rəhbəri vəzifəsinə Vətən müharibəsi qazisi Elvin Hüseynov, müdir müavini vəzifəsinə isə Rəbiyyə Cəfərova seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" Fərman imzalayıb.

Xəbər lenti
0