BAKI, 8 yanvar — Sputnik. Tanınmış həkim, reanimatoloq-anestezioloq Həsən Şahverdiyev vəfat edib. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, o, ötən gün koronavirusdan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasının müəllimi olan H.Şahverdiyev bir müddət idi ki, koronavirusdan müalicə olunurdu.