CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaçqınkomun balansında olan mənzillər nazirliyə veriləcək

© Official website of President of Azerbaijan Republic“Qobu Park-3” yaşayış kompleksi
“Qobu Park-3” yaşayış kompleksi  - Sputnik Azərbaycan
Abunə olmaq
"Artıq göstəriş verdim ki, Qaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin".

BAKI, 7 yanvar — Sputnik. "Bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib: "Artıq göstəriş verdim ki, Dövlət qaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin.

Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar.

Mən hər şeyi həmişə necə var, elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi, gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır", - deyə əlavə edib.

Xəbər lenti
0