CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şahbaz Quliyev: "Ermənilər əlimi qırmışdılar, ciyərlərimi dağıtmışdılar"

© Photo : REPORTŞahbaz Quliyev
Şahbaz Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Mənə deyirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini de. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar.

BAKI, 7 yanvar — Sputnik. "Mən çox şadam ki, Azərbaycana qayıda bilmişəm. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Məndə göz-baş qalmamışdı, ciyərlərimi ödümə kimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş Şahbaz Quliyev deyib.

"Onların qondarma "Milli Təhlükəsizlik" qurumu dubinkaları belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə deyirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini de. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışdılar ki, oturun burada", - o bildirib.

Xəbər lenti
0