CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı bankirin korrupsiya sxemindəki rolunu məhkəmə araşdıracaq

© AFP 2024 / STEPHANE DE SAKUTINЗал суда, фото из архива
Зал суда, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda, sözügedən korrupsiya sxemlərində digər şəxslərin iştirakını araşdırmaq məqsədilə, o cümlədən qanunsuz verilmiş kreditlərin aşkar edilməsi ilə bağlı ayrıca icraatda cinayət işi ayrılaraq hazırda istintaqı davam etdirilir.

BAKI, 7 yanvar — Sputnik. 2016-cı ildən fəaliyyəti dayandırılmış "Zaminbank" ASC-nin Müşahidə şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış istintaqla Nadir İsmayılovun qeyd olunan vəzifədə işləyərkən 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə "Zaminbank" ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Зал суда, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı - SİYAHI

Bundan başqa, Nadir İsmayılovun 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq etməsinə və bilə-bilə saxta sənədlərdən istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı Nadir İsmayılovun qanunsuz əməlləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədilə ona məxsus əmlak üzərinə həbs qoyulması təmin edilib.

Eyni zamanda, sözügedən korrupsiya sxemlərində digər şəxslərin iştirakını araşdırmaq məqsədilə, o cümlədən qanunsuz verilmiş kreditlərin aşkar edilməsi ilə bağlı ayrıca icraatda cinayət işi ayrılaraq hazırda istintaqı davam etdirilir.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Xəbər lenti
0