Aİ Vaşinqtonda olanları demokratiyaya və qanunun aliliyinə hücum kimi qiymətləndirib

© AP Photo / Francois LenoirГлава внешнеполитического ведомства ЕС Джозеф Боррелл во время пресс-конференции (13 июля 2020). Брюссель
Глава внешнеполитического ведомства ЕС Джозеф Боррелл во время пресс-конференции (13 июля 2020). Брюссель - Sputnik Azərbaycan
Abunə olmaq
“Bütün dünyanın gözü qarşısında ABŞ demokratiyası bu gün mühasirədədir. Bu, demokratiyaya, ABŞ institutlarına və qanunun aliliyinə hücumdur”, deyə Borell qeyd edib. 

BAKI, 7 yanvar - Sputnik. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Vaşinqtonda baş verənləri “ABŞ demokratiyasına və qanunun aliliyinə hücum” kimi qiymətləndirib.

APA-nın məlumatına görə, J.Borell bu barədə Tvitter hesabında yazıb.

“Bütün dünyanın gözü qarşısında ABŞ demokratiyası bu gün mühasirədədir. Bu, demokratiyaya, ABŞ institutlarına və qanunun aliliyinə hücumdur”, deyə Borell qeyd edib. 

O, ABŞ prezident seçkilərinin nəticələrinə hörmət edilməli olduğunu vurğulayıb.

Xəbər lenti
0